Qaynar xətt:

(+99450) 247 90 86

Ukraynada partizan müharibəsi başlaya bilər

Ukraynada partizan müharibəsi başlaya bilər

DÜNYA

431

13.12.2023, 19:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna prezidenti Vladimir Zelenski amerikalı senatorlarla görüşündə deyib ki, ABŞ və Aİ-dən maliyyə və hərbi yardım dayansa, Ukrayna 45 yaşdan yuxarı kişiləri orduya çağırmalı və partizan müharibəsinə keçməli olacaq.

 

Oxu24.com  xəbər  verir  ki,Respublikaçı senator Ron Consonun sözlərinə görə, Ukrayna prezidenti resurs çatışmazlığı səbəbindən Kiyevin işğalçı qüvvələrə qarşı üsyançılardan istifadə edərək qeyri-ənənəvi taktikaya keçmək məcburiyyətində qalacağına eyham vurub.

 

Conson bunu ABŞ-ın bu ölkələri işğal etdiyi zaman Əfqanıstan və İraqda baş verənlərlə müqayisə edib.

 

Bu barədə  The Moscow Times yazır.

 

Senatorlarla danışıqlardan sonra Zelenski onların dəstəyini hiss etdiyini bildirib, baxmayaraq ki, Konqres hələ də Ukraynaya 61 milyard dollar ayırmağa razı olmayıb və bu məsələni 2024-cü il yanvarın ortalarına qədər təxirə sala bilər. “Biz bilirik ki, sözlər var, amma nəticə var. Ona görə də biz nəticəyə ümid edəcəyik”, - deyə Ukrayna lideri əlavə edib.

 

Müəllif:Afət