Hüquq-mühafizə orqanlarının əməkdaşları Kiyev vilayətində kriminal dairələrdə “Putin” kimi tanınan şəxsi Odessada mənzilləri yandırdığına görə saxlayıb. Milli Polisin regional qərargahının məlumatına görə, Odessada mənzillərə silsilə yanğınlar törətmiş cinayətkar qrup saxlanılıb.
Ukrayna mediası bildirir ki, xüsusilə, noyabr ayında dörd muzdlu hərbçi şəhərin Kiyevski rayonunda avtomobil təkərlərini yandırıb. Sakinlər yanğını özləri söndürüb və hüquq-mühafizə orqanlarına müraciət ediblər. Polis əməkdaşları sərhədçilərlə birgə şübhəlilərin kimliyini müəyyən edərək, onların izinə düşüb və onları Odessada kirayə qaldıqları mənzildə saxlayıblar.
Məlumata əsasən, ikinci yanğın günü üç Kiyev sakini və bir Xerson sakini saxlanılıb. Onların “sifarişlə” hərəkət etdikləri və rolları öz aralarında bölüşdürdükləri müəyyən edilib. Onlardan biri sürücü kimi fəaliyyət göstərib, ikisi isə hazırlanmış təkərlərdən və yanacaq-sürtkü qarışığından istifadə edərək yanğını birbaşa törədib.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, araşdırma zamanı polis yanğının təşkilatçısını müəyyənləşdirib. Onun Kiyev vilayətinin “Putin” ləqəbli sakini olduğu üzə çıxıb. Cinayəti törədənləri axtarıb tapıb, onlara ünvanlar, cinayətin törədilməsi mexanizmi ilə bağlı göstəriş və məsləhətlər verib.
Polis bildirir ki, artıq iki yanğın hadisəsi şübhəli kimi qeydə alınıb. Məhkəmə bütün yeddi şübhəli barəsində girov hüququ ilə həbs qətimkan tədbiri seçib. Onlar əmlakın qəsdən məhv edilməsi və ya yandırılması ilə zədələnməsi, həmçinin silah, döyüş sursatı yaxud partlayıcı maddələrlə qeyri-qanuni davranma maddələri ilə ittiham olunurlar.
Eyni zamanda, yanğın törədənlərdən ikisinin hazırda sərbəst buraxıldığı, daha dördünün isə “Putin”lə birlikdə həbsdə qaldığı bildirilir. İndi müstəntiqlər cinayətin motivlərini və yanğında iştirak edən digər şəxsləri müəyyənləşdirirlər. Bütün cinayətkar qruplaşmanı on ilə qədər həbs gözləyir.
Oxu24.com
ŞƏRHLƏR