Qaynar xətt:

(+99450) 247 90 86

Moskvada  qatar iki nəfəri vurub

Moskvada  qatar iki nəfəri vurub

DÜNYA

350

12.12.2023, 18:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Moskvada Sankt-Peterburqdan Adlerə gedən qatar iki nəfəri vurub.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsi məlumat yayıb.

 

İdarənin məlumatına görə, hadisə dekabrın 12-də Kryukovo stansiyasının 611-ci kilometrliyində baş verib. Kişi və qadını qatar vurub.

 

Onlar dəmiryol relslərini səhv yerdə keçiblər.

 

Nəticədə kişi tibb müəssisəsinə aparılıb, onun vəziyyəti barədə məlumat yoxdur. Qadını xilas etmək mümkün olmayıb.

 

İstintaq orqanları hadisə ilə bağlı araşdırma aparır. Hadisənin təfərrüatları və şəraiti dəqiqləşdirilir.

 

Müəllif: Nigar