Qaynar xətt:

(+99450) 247 90 86

Yekaterinburqda avtomobil onlarla sərnişinin olduğu tramvaya çırpılıb

Yekaterinburqda avtomobil onlarla sərnişinin olduğu tramvaya çırpılıb

DÜNYA

337

11.12.2023, 18:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın Yekaterinburq şəhər  mərkəzində tramvay və yolsuzluq avtomobilinin iştirakı ilə qəza baş verib.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə E1 ​​məlumat yayıb.

 

“SsangYong” markalı avtomobil yolda hərəkət hüququ verməyərək tramvaya çırpılıb.

 

Hadisə zamanı salonda 60 sərnişin olub, onlardan heç biri xəsarət almayıb.

Yalnız avtomobildə olan qadının tibbi yardıma ehtiyacı olub.

O, çoxsaylı xəsarətlərlə xəstəxanaya göndərilib.

Onun vəziyyətinin ağırlığı barədə məlumat verilmir.

Məlum olub ki, avtomobili yol hərəkəti qaydalarını pozduğuna görə 50-yə yaxın cəriməsi olan təcrübəli sürücü idarə edib.

Bundan əvvəl Yekaterinburqda hamilə qadın tramvayda münaqişə zəminində xəstəxanaya yerləşdirilmişdi.

 

Müəllif:Afət