Qaynar xətt:

(+99450) 247 90 86

İsrail ABŞ tərəfindən təmin edilən ağ fosforlu sursatlardan istifadə edib

İsrail ABŞ tərəfindən təmin edilən ağ fosforlu sursatlardan istifadə edib

DÜNYA

313

11.12.2023, 18:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrail ordusunun Livanı atəşə tutmaqda istifadə etdiyi ağ fosforlu sursat ABŞ tərəfindən təmin edilib.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə Washington Post məlumat yayıb.

 

“İsrail oktyabrda Livanın cənubundakı hücumlar zamanı ABŞ tərəfindən təchiz edilmiş ağ fosforlu sursatlardan istifadə edib”, - nəşrə aydınlıq gətirib.

 

Məqalədə qeyd olunub ki, bu hücumlar nəticəsində azı 9 mülki şəxs yaralanıb. Jurnalistlərin müəyyən etdiyi kimi, patronlardakı istehsal kodları Pentaqonun istifadə etdiyi nomenklaturaya uyğundur.

 

Qəzetin yazdığına görə, sursat 1989 və 1992-ci illərdə Luiziana və Arkanzas ştatlarında anbarlarda istehsal edilib.

 

Nəşr qeyd edib ki, bu sursat ABŞ-ın İsrailə illik hərbi tədarükünün bir hissəsidir.

 

Noyabrın sonunda ÜST Qəzzalı xəstələrdə ağ fosfordan heç bir yanıq aşkar etmədi. Bundan əvvəl Fələstinin BMT-dəki daimi nümayəndəsi İbrahim Kraişi mediaya açıqlamasında İsrail ordusunun Qəzza zolağına hücumları zamanı ağ fosforlu sursatdan istifadə etdiyini bildirmişdi.

Bundan əvvəl İsrailin baş naziri Netanyahu HƏMAS-ı məhv edəcəyinə söz vermişdi.

 

Müəllif: Nigar