İranda faciə yaşandı: 11 nəfər öldü
26 Sentyabr 2026, 12:40
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
440
11.12.2023, 17:50
Oxu24.com xəbər verir ki,Fransanın keçmiş prezidenti Nikola Sarkozi İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində deyib ki, Ukrayna Rusiya ilə Avropa arasında körpü rolunu oynamalı, NATO üzvü olmamalıdır.
Siyasətçi xatırladıb ki, o, prezidentliyi dövründə Ukrayna və Gürcüstanın NATO-ya daxil olmasına qarşı çıxıb.
Eks-prezidentin sözlərinə görə, Ukraynadakı münaqişə onun bu məsələyə baxışını dəyişməyib.
O, Kiyevin bloka üzvlüyünü “nəyin bahasına olursa olsun” qorumaq istəyini yanlış hesab edib.
"Ukraynanın çağırışı, əlbəttə ki, beynəlxalq ictimaiyyətdən çox güclü təhlükəsizlik zəmanəti ilə neytral ölkə olaraq qalmaq və yenidən Rusiya ilə Avropa arasında körpü olmağa çalışmaq olmalıdır", - Sarkozi deyib.
O, həmçinin Fransanın hazırkı lideri Emmanuel Makronun Moskva ilə dialoqu çox erkən bitirməsindən təəssüfləndiyini bildirib.
Oktyabrın 28-də NATO-nun Nüvə Siyasəti Direktorluğunun rəhbəri Cessika Koks qeyd edib ki, bütün tərəfdaşlar Ukraynanın NATO-ya daxil olmasının mümkünsüzlüyünü qəbul edirlər.
Noyabrın 23-də Ukraynanın baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina bildirib ki, Ukraynanın Avropa İttifaqına daxil olması reallığa çevrilib, lakin onun NATO-ya daxil olması hələlik mümkün deyil.
Dekabrın 5-də ukraynalı deputat Aleksey Qonçarenko qeyd edib ki, Vaşinqton Avropa rəsmilərindən Ukraynanın NATO-ya daxil olması mövzusunu müzakirə etməyi dayandırmağı xahiş edib, ona görə də Kiyev üçün “NATO” olmayacaq.
Müəllif: Nigar
14:25 / 26 Sentyabr 2026
1
14:15 / 26 Sentyabr 2026
9
14:11 / 26 Sentyabr 2026
26
14:00 / 26 Sentyabr 2026
27
13:56 / 26 Sentyabr 2026
45
13:43 / 26 Sentyabr 2026
63
13:40 / 26 Sentyabr 2026
51
13:34 / 26 Sentyabr 2026
164
13:25 / 26 Sentyabr 2026
56
13:20 / 26 Sentyabr 2026
51
13:15 / 26 Sentyabr 2026
47
12:54 / 26 Sentyabr 2026
49
12:51 / 26 Sentyabr 2026
53
12:50 / 26 Sentyabr 2026
52
12:44 / 26 Sentyabr 2026
121
12:40 / 26 Sentyabr 2026
48
12:31 / 26 Sentyabr 2026
266
12:30 / 26 Sentyabr 2026
59
12:27 / 26 Sentyabr 2026
71
12:17 / 26 Sentyabr 2026
54
12:17 / 26 Sentyabr 2026
57
12:11 / 26 Sentyabr 2026
47
12:05 / 26 Sentyabr 2026
51
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.