Qaynar xətt:

(+99450) 247 90 86

Məşhur aktyor öldü

Məşhur aktyor öldü

DÜNYA

393

10.12.2023, 21:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Çexoslovakiyalı aktyor Ladislav Zupaniç 80 yaşında vəfat edib.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə Çexiya Milli Aktyorlar Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

 

Sənətçi bir gün əvvəl, dekabrın 9-da Praqadakı klinikaların birində dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.


Zupaniçin yaradıcılığı "Arabella" (1979–1981) və "Karpat qəsrinin sirri" (1981) kimi məşhur kino layihələrində iştirakı sayəsində rus tamaşaçılarına geniş tanınır.

 

O, həmçinin “Mosfilm” və Çexoslovakiya “Barrandov” kinostudiyasının birgə istehsalı olan “Pilotlar” (1988) filmində də rol alıb. Bundan əlavə, sənətçi uğurlu dublyaj aktyoru, ssenarist və radio aparıcısı idi.

 

Müəllif: Miri