Qaynar xətt:

(+99450) 247 90 86

Serbiya  Aİ-yə daxil olmaq istəyir

Serbiya  Aİ-yə daxil olmaq istəyir

DÜNYA

383

10.12.2023, 20:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Serbiya Aİ-yə üzv olmaq niyyətindədir, lakin Rusiya ilə münasibətləri korlamayacaq.

 

Oxu24.com xəbər  verir  ki, bu ölkənin baş nazirinin müavini və müdafiə naziri Miloş Vuçeviç "Politika"ya müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, Aİ-yə daxil olmaq Belqradın strateji öhdəliyidir.

 

Vuçeviç qeyd edib ki, Serbiya “öz milli DNT-sini unutmayacaq” və Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək və bu ölkə ilə tərəfdaşlığı pozmayacaq.

 

Eyni zamanda, nazir xatırladıb ki, Serbiyanın heç bir hərbi alyansa, o cümlədən NATO-ya qoşulmaq niyyətində deyil. Bundan əlavə, Belqrad Çin, ərəb ölkələri, Hindistan, Afrika və Amerika ilə əlaqələri inkişaf etdirməyə hazırlaşır.

 

Serbiyanın hərbi neytrallığını daha əvvəl ölkə prezidenti Aleksandr Vuçiç elan etmişdi.

 

Bundan əlavə, o qeyd edib ki, respublika 1999-cu ildə NATO-nun bombardmanını unuda bilməz. Eyni zamanda, ölkə Alyansla münasibətləri yaxşılaşdırmaq üçün cəhdlər edəcək.

 

Müəllif: Nigar