Qaynar xətt:

(+99450) 247 90 86

Belqradda Fələstinə dəstək nümayişi keçirilib

Belqradda Fələstinə dəstək nümayişi keçirilib

DÜNYA

398

10.12.2023, 20:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Serbiyanın paytaxtı Belqradda qadağan olunsa da, təxminən 200 nəfərin iştirakı ilə Fələstinə dəstək nümayişi keçirilib.

 

Oxu24.com xarici  mediaya istinadən  xəbər   verir  ki,nümayişçilər Fələstinə dəstək və həmrəylik mesajları veriblər.

 

Belqrad polisi təhlükəsizlik baxımından buna icazə verməsə də, “Fələstin xalqına dəstək - Serbiya” təşəbbüsünün üzvləri hökumət binası qarşısına toplaşıblar.

 

Nümayişçilər Fələstin və Serbiyanın bayraqlarını açıb, “Azad Fələstin” kimi şüarlar səsləndiriblər.

 

Fələstinə dəstək və həmrəylik nümayişində iştirak edənlər əllərində “Qəzzanı bombalamağı dayandırın, işğalı dayandırın”, “İsrail uşaqları öldürür”, “Uşaqları bombalamaq özünümüdafiə deyil”, “Dərhal atəşkəs” yazılan plakatlar qaldırıblar.

 

Böyük Britaniyanın Belqraddakı səfirliyinə də yürüş edən nümayişçilər İngiltərə rəhbərliyinin İsraili dəstəkləməsinə reaksiya veriblər.

 

Miri