Qaynar xətt:

(+99450) 247 90 86

Blinken Yaxın Şərqdə sülh üçün şərtləri  açıqlayıb

Blinken Yaxın Şərqdə sülh üçün şərtləri  açıqlayıb

DÜNYA

354

10.12.2023, 19:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ dövlət katibi Antoni Blinken CNN telekanalına müsahibəsində deyib ki, Fələstin xalqının siyasi iddialarını təmin etmədən və müstəqil dövlət yaratmadan İsrailin təhlükəsizliyinə və Yaxın Şərqdə sülhə zəmanət vermək mümkün deyil.

 

Oxu24.com xəbər  verir  ki,Onun sözlərinə görə, hələ də davam edən böyük hərbi əməliyyat başa çatdıqdan sonra uzunmüddətli və davamlı sülh lazımdır.

 

O əlavə edib ki, Birləşmiş Ştatların və bəlkə də bütün dünyada bir çox insanların nöqteyi-nəzərindən sabit sülhə doğru hərəkət Fələstin dövlətinin yaradılmasına gətirib çıxaracaq.

 

“Fələstinin siyasi iddiaları təmin olunmayana qədər davamlı sülh, İsrail üçün qalıcı təhlükəsizlik olmayacaq”,-deyə o bildirib.

 

Bundan əlavə, dövlət katibinə hərbi əməliyyatlar aylarla davam edərsə, ABŞ-ın İsrailə kömək etməyə hazır olması barədə sual verilib.

 

Blinken deyib ki, hamı kampaniyanın ən qısa zamanda başa çatmasını istəyir, lakin İsrail Fələstinin HƏMAS hərəkatının növbəti hücumunun mümkün olmadığına əmin olana qədər əməliyyatı davam etdirməlidir.

 

Bundan əvvəl Fələstinin baş naziri Məhəmməd Ştayeh radikal HƏMAS qrupuna Qəzza zolağı, İordan çayının qərb sahili və Şərqi Qüdsdən ibarət müstəqil Fələstin dövlətinin yaradılmasında iştirak etməyə icazə vermişdi.

 

Bundan əvvəl Ağ Ev Qəzza zolağının idarə olunmasında PNA-nın rolunu qiymətləndirmişdi.

 

Müəllif: Nigar