Pezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur
26 Sentyabr 2026, 15:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
483
10.12.2023, 19:39
Xavyer Miley Argentina prezidenti kimi and içib.
Oxu24.com xəbər verir ki,mərasim Konqresin binasında baş tutub.
"Mən prezident vəzifəsini vicdanla və vətənpərvərliklə yerinə yetirəcəyimə, Argentina Konstitusiyasına sədaqətlə əməl edəcəyimə və icra edəcəyimə and içirəm",- deyə Miley senatorlara və deputatlara bildirib.
Maylinin zaldakı tərəfdarları onu “Azadlıq, azadlıq, azadlıq” qışqırıqları ilə qarşılayıblar.
Vitse-prezident Viktoriya Villaruel də and içib.
Həmçinin konqres binasında hakimiyyətin təhvil-təslim mərasimi baş tutdu: səlahiyyət müddəti başa çatan prezident Alberto Fernandes prezident lentini və estafeti Xavyer Mayliyə təhvil verdi.
Libertar “Azadlıq gəlir” partiyasından namizəd olmuş 52 yaşlı iqtisadçı Miley noyabrın sonunda Argentinada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib. Miley bu vəzifəni 2027-ci ilin sonuna qədər tutacaq.
Prezidentlik kampaniyası zamanı o, seçiləcəyi təqdirdə misli görünməmiş siyasi və iqtisadi islahatlar aparacağını və andiçmə mərasimindən dərhal sonra buna başlayacağını vəd etmişdi. Xüsusilə, o, əvvəlcə iqtisadiyyatı dollarlaşdıracağına söz verdi. Miley, həmçinin Argentinanın Mədəniyyət, Təhsil və Mədəni Müxtəliflik Nazirliyini bağlayaraq dövlət xərclərini azaldacağını, həmçinin dövlət subsidiyalarını ləğv edəcəyini açıqladı. Argentina hazırda çətin iqtisadi vəziyyət yaşayır, ölkədə inflyasiya 143%-ə çatıb. Buna baxmayaraq, seçkilərdə qalib gəldikdən sonra, Latın Amerikası mediasının qeyd etdiyi kimi, Miley praqmatizm nümayiş etdirməyə başladı və ən mübahisəli və sərt seçki vədlərindən əl çəkdiyini bildirdi.
Miri
16:04 / 26 Sentyabr 2026
1
15:55 / 26 Sentyabr 2026
11
15:13 / 26 Sentyabr 2026
56
15:02 / 26 Sentyabr 2026
164
15:00 / 26 Sentyabr 2026
136
14:55 / 26 Sentyabr 2026
53
14:52 / 26 Sentyabr 2026
56
14:25 / 26 Sentyabr 2026
62
14:15 / 26 Sentyabr 2026
54
14:11 / 26 Sentyabr 2026
81
14:00 / 26 Sentyabr 2026
53
13:56 / 26 Sentyabr 2026
62
13:43 / 26 Sentyabr 2026
246
13:40 / 26 Sentyabr 2026
61
13:34 / 26 Sentyabr 2026
235
13:25 / 26 Sentyabr 2026
72
13:20 / 26 Sentyabr 2026
71
13:15 / 26 Sentyabr 2026
60
12:54 / 26 Sentyabr 2026
62
12:51 / 26 Sentyabr 2026
62
12:50 / 26 Sentyabr 2026
66
12:44 / 26 Sentyabr 2026
155
12:40 / 26 Sentyabr 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.