Qaynar xətt:

(+99450) 247 90 86

“HƏMAS humanitar zonalardan İsrailə raket zərbələri endirir” – IDF

“HƏMAS humanitar zonalardan İsrailə raket zərbələri endirir” – IDF

DÜNYA

327

09.12.2023, 20:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“HƏMAS hərəkatının fələstinli radikalları Qəzza zolağındakı humanitar zonalardan İsrailə raket zərbələri endirir”.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

“Ötən gün (8 dekabr – red.) saat 18:00-da (Bakı vaxtı ilə 20:00) HƏMAS terrorçuları təyin olunmuş humanitar zonadan İsrailə çoxlu raketlər atıblar. Bu, HƏMAS-ın IDF-nin humanitar zonalarından terror fəaliyyətləri üçün istifadə etdiyini sübut edir” – məlumatda deyilir.

“Bundan əlavə, dünən saat 13:56-da (Bakı vaxtı ilə 15:56) və 14:16-da (Bakı vaxtı ilə 16:16) HƏMAS humanitar zonadan 4 raket atıb. Raketlər Qəzza zolağının özünə düşüb və bu, sakinlər üçün təhlükə yaradıb”, - IDF-nin mətbuat xidmətindən əlavə ediblər.