Qaynar xətt:

(+99450) 247 90 86

100-ə yaxın rus Qəzadan çıxarıldı

100-ə yaxın rus Qəzadan çıxarıldı

DÜNYA

392

09.12.2023, 19:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Daha 100-ə yaxın rusiyalı və onların ailə üzvləri Qəzza zolağı ilə Misiri birləşdirən Rəfah keçid məntəqəsini keçiblər.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

“Rusiya Fövqəladə Hallar Nazirliyinin Qahirədəki operativ qərargahında departamentin mütəxəssisləri tibbi və psixoloji yardım göstərirlər”, - məlumatda deyilir.

 

Bildirilir ki, vətəndaşlar yemək və su ilə təmin olunur, lazımi sənədlərin hazırlanmasına köməklik göstərilir.

 

Humanitar missiya başlayandan ümumilikdə 1000-dən çox insan münaqişə zonasından təxliyə edilib.

 

Noyabrın 12-də Rusiya Fövqəladə Hallar Nazirliyi Qəzza zolağından Rusiya vətəndaşlarının Rəfah keçid məntəqəsi vasitəsilə Misirə təxliyəsinə başlandığını elan edib.

 

Həmin gün təxliyə edilən ilk 70 rusiyalının olduğu bir kolonka Qahirəyə köçdü.

 

Dekabrın 9-da Rusiya prezidenti Vladimir Putin dekabrın 9-da telefon danışığı zamanı misirli həmkarı Əbdülfəttah əs-Sisiyə rusların Qəzza zolağından təxliyə edilməsində göstərdiyi köməyə görə təşəkkür edib.

 

 

 

Müəllif:Afət