Qaynar xətt:

(+99450) 247 90 86

Fələstin lideri ABŞ-ı günahlandırır

Fələstin lideri ABŞ-ı günahlandırır

DÜNYA

386

09.12.2023, 18:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Qəzza zolağında axan qanlara görə ABŞ-ı günahlandırıb.

 

Oxu24.com  “Times of Israel” -a istinadən  xəbər verir ki, bu açıqlama Birləşmiş Ştatların dünən BMT Təhlükəsizlik Şurasının xüsusi iclasında dərhal atəşkəs tələb edən qətnaməyə veto qoymasından sonra verilib.


"Prezident Abbas ABŞ-ın mövqeyini kəskin tənqid edərək, bunu aqressiv və əxlaqsız adlandırıb. O, bu cür davranışın humanitar prinsiplərin və dəyərlərin kobud şəkildə pozulması olduğunu vurğulayıb və ABŞ-ı fələstinli uşaqlar, qadınlar və qocalar arasında qan tökülməsinə görə məsuliyyət daşıdığını bildirib", - ofisdən bildirilib. 

 

ABŞ-ın BMT-dəki səfirinin müavini Robert Vud öz növbəsində Təhlükəsizlik Şurasını HƏMAS-ın oktyabrın 7-də İsraildə törətdiyi qətliamı pisləmədiyinə görə tənqid edib.

 

Onun sözlərinə görə, bu hücumlarda minlərlə terrorçu 1200-ə yaxın insanı, əksəriyyəti mülki şəxsləri öldürüb, 240-a yaxın insanı girov götürüb.

 

Vud həmçinin İsrailin özünümüdafiə hüququnun tanınmasının vacibliyini vurğulayıb.

 

Müəllif: Miri