Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99085
az

Ukrayna və ABŞ mühüm sənəd imzaladılar

22:3507 Dekabr, 2023
151
DÜNYA
  • A

Ukrayna və ABŞ Vaşinqtonda keçirilən müdafiə sənayesi konfransında müdafiə sənayesində birgə istehsal və texniki məlumatların mübadiləsi haqqında memorandum imzalayıb.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Ermak məlumat verib.

 

Ermakın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, memorandum Ukraynada müdafiə sənayesinin lokallaşdırılmasını müəyyən edir.


“Ukraynada hava hücumundan müdafiə, mühüm döyüş sursatlarının istehsalı, eləcə də təmir və texniki xidmət sahələrində Ukrayna Silahlı Qüvvələrini lazımi silahlarla təmin etmək üçün istehsal müəssisələri tikilməlidir.

ABŞ Müdafiə Nazirliyi və sənaye tərəfdaşları Ukraynaya ayrı-ayrı layihələrin yerli icrasına başlamaq üçün texniki məlumatlar təqdim edəcəklər ki, onların məqsədi Qərb sursatlarını inteqrasiya etməklə köhnəlmiş hava hücumundan müdafiə sistemlərini təkmilləşdirməkdir”, - deyə Ermak yazıb.

 

Onun sözlərinə görə, “sənəd Ukraynanın yaxın perspektivdə döyüş meydanında uğur əldə etmək üçün lazım olan imkanları alacağını, uzunmüddətli perspektivdə isə iqtisadiyyatın bərpasına və müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə verəcəyini nəzərdə tutur.

 

“Daha çox silah olacaq! Ukrayna və ABŞ müştərək istehsal və texniki məlumat mübadiləsi haqqında memorandum imzalayıblar”, - müdafiə naziri Rustem Umerov “DFNC1: US Edition” müdafiə sənayesi konfransının ilk gününün yekunu olaraq Facebook-da yazıb.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putinə Olimpiya oyunlarında atəşkəslə bağlı müraciət edildi
Berlin İsraili silahlandırmaqda davam edəcək
Ukraynanın dövlət borcu iyunda daha 1 milyard dollar artıb

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ