Yəmən husiləri Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) İsrailin hücumuna məruz qalacağı təqdirdə onları cavab zərbələri ilə hədələyir.
Oxu24.com xəbər verir ki,bu barədə Ənsar Allah qruplaşmasının Siyasi Bürosunun üzvü Məhəmməd Əl-Buhaiti məlumat verib.
“Əgər Səudiyyə Ərəbistanı və BƏƏ sionist İsraillə birlikdə Yəmənə mümkün hərbi hücumda iştirak edərlərsə, biz onların ölkələrindəki bütün neft və qaz quyularını vuracağıq. Biz orada dayanmayacağıq və onların bütün gəmilərini məhv edəcəyik”, - “Ənsar Allah” qrupunun Siyasi Bürosunun üzvü Məhəmməd Əl-Buhaiti bildirib.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR