Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvə göndərib
29 Noyabr 2026, 12:03
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
418
07.12.2023, 19:20
Rusiyalıların 70 faizi ölkə prezidenti Vladimir Putinin növbəti müddətə namizədliyini irəli sürməli olduğunu bildirib.
Oxu24.com xəbər verir ki, bu barədə “İctimai Rəy” Fondunun (FOM) layihələr üzrə icraçı direktoru Larisa Pautova məlumat verib.
Araşdırmanın nəticələri Ekspert Sosial Tədqiqatlar İnstitutunda “Prezident seçkiləri: seçki kampaniyası ərəfəsində ictimai tələbat” mövzusunda keçirilən dəyirmi masada təqdim olunub.
Belə ki, FOM-un sorğusuna əsasən, “Putin 2024-cü ildə nə etməlidir” sualına 70 faiz cavab verib ki, dövlət başçısı yeni müddətə namizədliyini irəli sürməlidir.
Digər 15 faiz isə prezidentin postunu tərk etməli, lakin bundan sonra ölkə rəhbərliyində başqa vəzifə tutması fikrini bildirib.
Səkkiz faiz siyasətdən getməli olduğunu, yeddi faiz isə qərarsız olduğunu bildirib.
Dekabrın 7-də Federasiya Şurası 2024-cü il martın 17-də keçiriləcək Rusiya prezident seçkilərinin tarixini təsdiqləyib.
Parlamentin yuxarı palatasının sədri Valentina Matvienko bildirib ki, Rusiyada seçkilərin tarixi ilə bağlı qərar qəbul etməklə, seçki kampaniyası başlayır.
Vladimir Putin qarşıdan gələn seçkilərdə iştirakını hələ açıqlamayıb.
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskovun qeyd etdiyi kimi, dövlət başçısı hələlik onun namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul etməyib.
Eyni zamanda Putin bu barədə qərarını 2023-cü ilin sonundan tez verməyəcəyini vurğulayıb.
Müəllif: Miri
12:43 / 29 Noyabr 2026
52
12:03 / 29 Noyabr 2026
86
12:00 / 29 Noyabr 2026
102
11:33 / 29 Noyabr 2026
113
10:55 / 29 Noyabr 2026
113
10:25 / 29 Noyabr 2026
209
10:24 / 29 Noyabr 2026
433
10:00 / 29 Noyabr 2026
271
09:58 / 29 Noyabr 2026
134
09:54 / 29 Noyabr 2026
126
09:15 / 29 Noyabr 2026
146
01:31 / 29 Noyabr 2026
237
01:22 / 29 Noyabr 2026
223
00:11 / 29 Noyabr 2026
310
23:56 / 28 Noyabr 2026
649
23:47 / 28 Noyabr 2026
244
23:36 / 28 Noyabr 2026
989
23:13 / 28 Noyabr 2026
254
22:57 / 28 Noyabr 2026
256
22:29 / 28 Noyabr 2026
267
22:11 / 28 Noyabr 2026
259
22:01 / 28 Noyabr 2026
247
21:50 / 28 Noyabr 2026
521
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.