İran nüvə silahına sahib ola bilməz!
26 Sentyabr 2026, 17:57
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
429
06.12.2023, 22:21
Yaponiyanın Ankaradakı səfirliyi terror təşkilatı PKK-nın Yaponiya İctimai Təhlükəsizlik Kəşfiyyat İdarəsinin (PSIA) terror təşkilatları siyahısına daxil edildiyini açıqlayıb.
Oxu24.com xəbər verir ki,Səfirlikdən verilən açıqlamada, PSİA-nın beynəlxalq terror təşkilatları siyahısının yer aldığı internet saytının bir neçə gün əvvəl yeniləndiyi və daha əvvəl siyahıya daxil edilməyən PKK-nın da siyahıya əlavə edildiyi bildirilib.
Açıqlamada “Yaponiya hökumətinin PKK-nı 2002-ci ildən etibarən aktivləri dondurulmalı olan terror və bənzər təşkilatlar sırasına daxil etdiyi və PKK-nın həyata keçirdiyi terror aktlarını pislədiyi” vurğulanıb.
"Yaponiya hökumətinin bu siyasətində heç bir dəyişiklik yoxdur", - səfirliyin bəyanatında deyilir.
Terror təşkilatı PKK Yaponiya Ədliyyə Nazirliyinə bağlı PİA-nın daha əvvəl yenilədiyi “Əsas Beynəlxalq Terror Təşkilatları” siyahısına və “Ümumi Trendlər” cədvəlinə daxil edilməyib.
Əl-Qaidə, Boko Haram, Əl-Şəbab, DAİŞ, Yaponiya Qırmızı Ordusu və Aum Şinrikyo kimi həm yerli, həm də beynəlxalq terror təşkilatlarının yer aldığı siyahıda PKK-nın yer almaması diqqət çəkib.
Mövzu ilə bağlı AA müxbirinin suallarını cavablandıran PİA rəsmisi, təşkilatın hazırkı “Terrorun Regional Vəziyyəti” kataloqunun Türkiyə bölməsində terror təşkilatları DEAŞ, PKK və Əl-Qaidə ilə bağlı keçmiş və cari məlumatların yer aldığını açıqlayıb.
PSIA-nın “Beynəlxalq Terrorun 2022 Vəziyyəti” cədvəlində 2022-ci ilin noyabrında PKK-nın İstanbulun İstiqlal küçəsində həyata keçirdiyi hücumun təfərrüatları da yer alıb.
Müəllif: Miri
21:40 / 26 Sentyabr 2026
13
21:30 / 26 Sentyabr 2026
53
21:15 / 26 Sentyabr 2026
42
21:04 / 26 Sentyabr 2026
108
20:14 / 26 Sentyabr 2026
64
20:00 / 26 Sentyabr 2026
514
19:44 / 26 Sentyabr 2026
67
19:26 / 26 Sentyabr 2026
64
19:11 / 26 Sentyabr 2026
279
18:58 / 26 Sentyabr 2026
65
18:38 / 26 Sentyabr 2026
54
18:19 / 26 Sentyabr 2026
65
17:57 / 26 Sentyabr 2026
55
17:18 / 26 Sentyabr 2026
292
17:16 / 26 Sentyabr 2026
66
17:15 / 26 Sentyabr 2026
61
17:11 / 26 Sentyabr 2026
73
16:44 / 26 Sentyabr 2026
67
16:42 / 26 Sentyabr 2026
68
16:04 / 26 Sentyabr 2026
78
15:55 / 26 Sentyabr 2026
67
15:13 / 26 Sentyabr 2026
75
15:02 / 26 Sentyabr 2026
390
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.