Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99027
az

Almaniya yeni qərar qəbul edib

22:1006 Dekabr, 2023
143
  • A

Almaniyada Nazirlər Şurası iqlim dəyişikliyi ilə mübarizədə hədəflərə çatmaq üçün hazırlanmış ölkənin ilk “İqlim Xarici Siyasət Strategiyası”nı qəbul  edib.

 

Oxu24.com  xəbər  verir   ki,Almaniya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə hazırlanan 74 səhifəlik İqlim Xarici Siyasət Strategiyasında Almaniya hökumətinin iqlim siyasətinin hədəfləri müəyyən edilib.

 

Strategiyada iqlim böhranının dünyaya dərindən təsir etdiyi və insan həyatı üçün təhlükə yaratdığı vurğulanıb, iqlim böhranının insan hüquqlarına, təbiətə və həyat üçün zəruri olan resurslara, davamlı iqtisadi inkişaf imkanlarına təhlükə yaratdığı bildirilib.

 

Strategiya, 2015-ci ildə Parisdə təyin olunmuş sənayedən əvvəlki dövrlə müqayisədə qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq məqsədinə nail olmaq üçün beynəlxalq ictimaiyyətin sürətli, qətiyyətli və əməkdaşlıqla hərəkət etməsinin vacibliyini vurğulayırdı.

 

Strategiyada Almaniyanın avropalı tərəfdaşları ilə iqlim hədəflərinin həyata keçirilməsində irəliləyiş əldə etmək üçün tam səy göstərəcəyi bildirilir.

 

2030-cu ildə istixana qazı emissiyalarını 2019-cu ilə nisbətən yarıya endirməyi hədəfləyən strategiyada Almaniyanın kömür, neft və təbii qazdan "tədricən" mərhələli şəkildə imtina etmək üçün qlobal enerji transformasiyasını sürətləndirmək istədiyi bildirilib.

 

Almaniyanın yeni strategiyasında daha tez-tez baş verən və şiddətli quraqlıqlar, meşə yanğınları, daşqınlar və tufanlar kimi qlobal istiləşmənin nəticələrindən xüsusilə təsirlənən yoxsul ölkələri dəstəkləmək öhdəliyi götürülüb.

 

İqlim Xarici Siyasət Strategiyasının müxtəlif nazirliklərin iqlim siyasəti məqsədlərini bir araya gətirməsi, onları ümumi prioritetlərlə uyğunlaşdırması və ahəngdar iqlim xarici siyasəti üçün aydın çərçivə yaratması gözlənilir.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
Moskvada Amerika nəşrinin jurnalisti saxlanılıb
Rusiya Ukraynada əcnəbi muzdluların yerləşdiyi yerlərə zərbələr endirib

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı