Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvə göndərib
29 Noyabr 2026, 12:03
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
469
06.12.2023, 22:10
Almaniyada Nazirlər Şurası iqlim dəyişikliyi ilə mübarizədə hədəflərə çatmaq üçün hazırlanmış ölkənin ilk “İqlim Xarici Siyasət Strategiyası”nı qəbul edib.
Oxu24.com xəbər verir ki,Almaniya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə hazırlanan 74 səhifəlik İqlim Xarici Siyasət Strategiyasında Almaniya hökumətinin iqlim siyasətinin hədəfləri müəyyən edilib.
Strategiyada iqlim böhranının dünyaya dərindən təsir etdiyi və insan həyatı üçün təhlükə yaratdığı vurğulanıb, iqlim böhranının insan hüquqlarına, təbiətə və həyat üçün zəruri olan resurslara, davamlı iqtisadi inkişaf imkanlarına təhlükə yaratdığı bildirilib.
Strategiya, 2015-ci ildə Parisdə təyin olunmuş sənayedən əvvəlki dövrlə müqayisədə qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq məqsədinə nail olmaq üçün beynəlxalq ictimaiyyətin sürətli, qətiyyətli və əməkdaşlıqla hərəkət etməsinin vacibliyini vurğulayırdı.
Strategiyada Almaniyanın avropalı tərəfdaşları ilə iqlim hədəflərinin həyata keçirilməsində irəliləyiş əldə etmək üçün tam səy göstərəcəyi bildirilir.
2030-cu ildə istixana qazı emissiyalarını 2019-cu ilə nisbətən yarıya endirməyi hədəfləyən strategiyada Almaniyanın kömür, neft və təbii qazdan "tədricən" mərhələli şəkildə imtina etmək üçün qlobal enerji transformasiyasını sürətləndirmək istədiyi bildirilib.
Almaniyanın yeni strategiyasında daha tez-tez baş verən və şiddətli quraqlıqlar, meşə yanğınları, daşqınlar və tufanlar kimi qlobal istiləşmənin nəticələrindən xüsusilə təsirlənən yoxsul ölkələri dəstəkləmək öhdəliyi götürülüb.
İqlim Xarici Siyasət Strategiyasının müxtəlif nazirliklərin iqlim siyasəti məqsədlərini bir araya gətirməsi, onları ümumi prioritetlərlə uyğunlaşdırması və ahəngdar iqlim xarici siyasəti üçün aydın çərçivə yaratması gözlənilir.
Müəllif: Nigar
12:43 / 29 Noyabr 2026
52
12:03 / 29 Noyabr 2026
86
12:00 / 29 Noyabr 2026
102
11:33 / 29 Noyabr 2026
113
10:55 / 29 Noyabr 2026
113
10:25 / 29 Noyabr 2026
209
10:24 / 29 Noyabr 2026
433
10:00 / 29 Noyabr 2026
271
09:58 / 29 Noyabr 2026
134
09:54 / 29 Noyabr 2026
126
09:15 / 29 Noyabr 2026
146
01:31 / 29 Noyabr 2026
237
01:22 / 29 Noyabr 2026
223
00:11 / 29 Noyabr 2026
310
23:56 / 28 Noyabr 2026
649
23:47 / 28 Noyabr 2026
244
23:36 / 28 Noyabr 2026
989
23:13 / 28 Noyabr 2026
254
22:57 / 28 Noyabr 2026
256
22:29 / 28 Noyabr 2026
267
22:11 / 28 Noyabr 2026
259
22:01 / 28 Noyabr 2026
247
21:50 / 28 Noyabr 2026
521
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.