Qaynar xətt:

(+99450) 247 90 86

Keçmiş deputatın  meyiti tapılıb  -  ŞOK 

Keçmiş deputatın  meyiti tapılıb  -  ŞOK 

DÜNYA

464

06.12.2023, 19:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Moskva vilayətində Ali Radanın keçmiş deputatı İlya Kivanın meyiti tapılıb.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə REN telekanalı mənbələrə istinadən məlumat yayıb.

 

İlya Kiva 2014-cü ildə Maydan hadisələrindən sonra şöhrət qazanmış keçmiş ukraynalı siyasətçidir.

 

Ukrayna Ali Radasının 9-cu çağırış Xalq deputatı “Müxalifət Platforması - “Həyat naminə” fraksiyasından hüquq-mühafizə fəaliyyətinin qanunvericilik təminatı komitəsinin üzvü olub.

 

2022-ci il yanvarın sonunda Kiva Ukraynanı tərk etdi - əvvəlcə İspaniyaya, sonra isə Moskvaya köçdü.

 

Fevralın 24-də müharibə   başlayandan sonra o, Rusiya hakimiyyətinin “Ukraynanın Qərb işğalından azad edilməsi” çağırışını dəstəkləyib.

 

2023-cü ilin avqustunda Kiva ukraynalıları ayağa qalxmağa və ölkə prezidenti Vladimir Zelenski rejimini devirməyə çağırıb.

 

Noyabrda İlya Kiva dövlətə xəyanətdə ittiham olunaraq qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edilib.

 

Bundan əvvəl Kiva Vladimir Zelenski və Valeri Zalujnı barədə Baş Prokurorluğa məlumat verib.

 

Miri