Qaynar xətt:

(+99450) 247 90 86

Ukraynanın cənub-şərqində bir neçə partlayış baş verib

Ukraynanın cənub-şərqində bir neçə partlayış baş verib

DÜNYA

406

05.12.2023, 20:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukraynanın Dnepropetrovsk vilayətində partlayışlar   baş verib.

 

Oxu24.com  xəbər  verir  ki,bölgədəki vəziyyət barədə yerli “Zerkalo Nedeli” nəşri məlumat yayıb.

 

Jurnalistlərin məlumatına görə, ölkənin bu hissəsində bir neçə partlayış baş verib.

 

Lakin onların dəqiq sayı, eləcə də hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmır.

 

Vətəndaşları xəbərdar etmək üçün onlayn resursun məlumatına görə, Dnepropetrovsk vilayətində partlayışlar baş verən zaman hava hücumu xəbərdarlığı elan edilib.

 

Xüsusi rejim 13 dəqiqə davam edib.

 

Dekabrın 5-də səhər saatlarında Ukrayna hakimiyyətinin nəzarətində olan Xerson şəhərində bir neçə partlayış baş verib.

 

Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudinin sözlərinə görə, partlayışlar Rusiya ordusunun əhalinin məskunlaşdığı ərazidəki infrastruktur obyektlərinə endirdiyi zərbələr nəticəsində baş verib.

Daha sonra Lvov vilayətinin administrasiyasının rəhbəri Maksim Kozitski yerli infrastruktur obyektlərindən birinə ziyan dəydiyini bildirib. Onun sözlərinə görə, obyektdə yanğın olub və yanğın söndürüldükdən sonra cüzi ziyan qeydə alınıb.

Bundan əvvəl Ukrayna hakimiyyəti Nikolayev vilayətində elektrik xətlərinə və infrastruktur obyektlərinə ziyan dəydiyini açıqlamışdı.

 

Müəllif: Nigar