Qaynar xətt:

(+99450) 247 90 86

Təyyarə anqarın damına çırpıldı: Pilot möcüzə nəticəsində sağ qaldı 

Təyyarə anqarın damına çırpıldı: Pilot möcüzə nəticəsində sağ qaldı 

DÜNYA

531

05.12.2023, 20:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ-da Cessna hava limanına eniş edən təyyarə anqarın damına çırpılıb. Dəhşətli qəzada pilot möcüzəvi şəkildə yüngül xəsarətlərlə xilas olub.

 

Oxu24.com  xəbər  verir  ki, ABŞ-ın Kaliforniya ştatındakı Cessna hava limanına eniş etmək istəyərkən təyyarə ilk olaraq anqarın damına çırpılıb.

 

Qəzada pilot möcüzəvi şəkildə yüngül xəsarətlərlə xilas olub.


Hadisə dünən saat 14.20 radələrində baş verib.

İlk müdaxilə edənlər pilotu damda ilişib qalmış təyyarədən çıxarıblar.

Federal Aviasiya Administrasiyasının nümayəndəsi bildirib ki, pilot uçuş və eniş məşqi edərkən gözlənilmədən qəzaya uğrayıb.

 

Damın içərisində olan təyyarənin burnu da daxil olmaqla, zərərin miqyasını göstərən videoda bir qanadının ciddi şəkildə qırıldığı görünür.

 

Müəllif: Nigar