Qaynar xətt:

(+99450) 247 90 86

İsrail ordusunun hücumu nəticəsində 4 Livan əsgəri yaralanıb

İsrail ordusunun hücumu nəticəsində 4 Livan əsgəri yaralanıb

DÜNYA

367

05.12.2023, 20:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrail ordusunun Livanın cənubunda həyata keçirdiyi hücumda 4 Livan əsgərinin yaralandığı bildirilib.
 

Oxu24.com   xəbər  verir  ki,Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, İsrail qüvvələri Livanın cənubunda sərhəd bölgəsindəki Kefrkilla qəsəbəsi yaxınlığında Livan ordusuna aid bir nöqtəni artilleriya atəşi ilə hədəfə alıb.

 

Hücum nəticəsində 4 Livan əsgərinin yaralandığı bildirilib.

 

Oktyabrın 8-dən İsrail-Livan sərhədində İsrail ordusu ilə Hizbullah arasında qarşılıqlı hücumlar həyata keçirilir.

 

Bu hücumlarda 89 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.

 

Hizbullah Hərəkatı da bu gün verdiyi bəyanatda Livanın cənubundan İsrail sərhədində yerləşən 4 hərbi məntəqənin hədəf alındığını açıqlayıb.
​

 

Müəllif:Afət