Qaynar xətt:

(+99450) 247 90 86

Belçikada sürətli qatar tuneldə ilişib

Belçikada sürətli qatar tuneldə ilişib

DÜNYA

354

04.12.2023, 11:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Belçikada sürətli sərnişin qatarı tuneldə ilişib qalıb.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə “Spiegel” nəşri məlumat yayıb.

 

Frankfurt-am-Maynə gedən qatar qəfildən tunelin ortasında dayanıb. Jurnalistlərin məlumatına görə, insident yerli vaxtla saat 18:00-da  baş verib.

 

Nəşr yazır ki, qatarın içərisində temperatur aşağı olduğu halda sərnişinlər buraxılış üçün təxminən üç saat gözləməli olublar.

 

Belçikanın SNCB dəmir yolu şirkətinin sözçüsü bildirib ki, hər şey qatarın texniki nasazlığı səbəbindən baş verib.

 

Bundan əvvəl Rusiyada qatar teplovozla toqquşub, sərnişinlər xəsarət alıb. 25 nəfər həkimə müraciət etsə də, onlardan heç biri ciddi xəsarət almayıb.

 

Rusiya Dəmir Yollarının izah etdiyi kimi, qatarla lokomotivin toqquşması “stansiyanın işinin təşkilində kobud pozuntu” səbəbindən baş verib.

 

Bundan əvvəl Macarıstan-Ukrayna sərhədində 1400 yük maşını dayanıb, növbə 22 km-ə çatıb.

 

Müəllif:Afət