Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvə göndərib
29 Noyabr 2026, 12:03
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
428
04.12.2023, 11:23
Çin-Avropa İttifaqı ikitərəfli sammiti dekabrın 7-də Pekində keçiriləcək.
Oxu24.com xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin məlumat verib.
Tədbirdə Çinin Baş naziri Li Qiang, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Şarl Mişel iştirak edəcək.
Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi dəqiqləşdirib ki, sonuncu Çin sədri Si Cinpinlə də görüş keçirəcək.
Bundan əvvəl Çinin xarici işlər nazirinin müavini Sun Veydonq Çinin Çin-Aİ sammitinə hazırlıq çərçivəsində Avropa İttifaqı ilə koordinasiyanı gücləndirməyə hazır olduğunu açıqlamışdı.
Çin nümayəndəsi həmçinin qeyd edib ki, Çin və Avropa İttifaqı arasında münasibətlər həm yeni imkanlar, həm də yeni çağırışlarla üz-üzədir.
Nazir müavini qarşılıqlı faydanın qorunub saxlanılmasının və bir-birinin əsas maraqlarına hörmət edilməsinin vacibliyini vurğulayıb.
Bundan əvvəl “Bloomberg” mənbələrə istinadən dekabrın 7-8-də Çində Avropa İttifaqı ilə Çin arasında təkbətək sammit keçirməyi planlaşdırdığını bildirmişdi.
Bununla belə, Pekin hələlik Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Avropa Şurasının rəhbəri Şarl Mişelin iştirak etmək niyyətində olduqları görüşün tarixini və yerini təsdiq etməyib.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirmişdi ki, Çinin Ukraynadakı münaqişə ilə bağlı mövqeyi onun Avropa İttifaqı ilə gələcək münasibətlərini müəyyən edəcək.
Müəllif:Afət
12:43 / 29 Noyabr 2026
52
12:03 / 29 Noyabr 2026
86
12:00 / 29 Noyabr 2026
102
11:33 / 29 Noyabr 2026
113
10:55 / 29 Noyabr 2026
113
10:25 / 29 Noyabr 2026
209
10:24 / 29 Noyabr 2026
433
10:00 / 29 Noyabr 2026
271
09:58 / 29 Noyabr 2026
134
09:54 / 29 Noyabr 2026
126
09:15 / 29 Noyabr 2026
146
01:31 / 29 Noyabr 2026
237
01:22 / 29 Noyabr 2026
223
00:11 / 29 Noyabr 2026
310
23:56 / 28 Noyabr 2026
649
23:47 / 28 Noyabr 2026
244
23:36 / 28 Noyabr 2026
989
23:13 / 28 Noyabr 2026
254
22:57 / 28 Noyabr 2026
256
22:29 / 28 Noyabr 2026
267
22:11 / 28 Noyabr 2026
259
22:01 / 28 Noyabr 2026
247
21:50 / 28 Noyabr 2026
521
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.