Qaynar xətt:

(+99450) 247 90 86

İsrail ordusu bir gündə ilk dəfə Qəzza ilə sərhəddə hava hücumu xəbərdarlığı elan edib

İsrail ordusu bir gündə ilk dəfə Qəzza ilə sərhəddə hava hücumu xəbərdarlığı elan edib

DÜNYA

307

04.12.2023, 11:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsraildə dekabrın 3-ü axşam saatlarından Qəzza zolağı ilə həmsərhəd ərazilərdə ilk dəfə olaraq hava hücumu sirenləri səslənib.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

 

Hərbi idarə sirenaların Kibbutz Nirimdə səsləndiyini bildirib.

 

Sonuncu dəfə dekabrın 3-də İsrailin şimalında hava hücumu sirenləri səslənib.

 

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Suriya ərazisindən atəş açıldığını açıqlamışdı.

 

Dekabrın 3-nə keçən gecə İsrail ordusu Qəzza zolağında Fələstinin HƏMAS radikal qruplaşmasının hədəflərinə hücum edib.

 

İsrail hərbçiləri son 24 saat ərzində HƏMAS-ın hərbi infrastrukturuna, həmçinin yaraqlıların gəmilərinə və digər hədəflərə zərbələr endirmək üçün yüzlərlə mərmi atıblar.

 

İsrail Hərbi Hava Qüvvələri oktyabrın 7-də hücumda iştirak edən Həmas-ın Şecaya batalyonunun komandiri Vessam Farhatı öldürüb.

 

On ildən çox əvvəl Fərhat eyni batalyona komandirlik edib və tank əleyhinə raketdən istifadə edərək mülki avtobusu vuran terror aktının təşkilatçılarından biri olub.

 

Bundan əvvəl İsrailin baş naziri Netanyahu HƏMAS-la müharibənin məqsədlərini açıqlamışdı.

 

Müəllif: Nigar