Qaynar xətt:

(+99450) 247 90 86

Qəzzada ölü sayı artdı

Qəzzada ölü sayı artdı

DÜNYA

383

02.12.2023, 18:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fələstin Səhiyyə Nazirliyi ölənlər  barədə yeni məlumat yayıb.

 

Oxu24.com xəbər  verir  ki, Nazirlik   dünəndən bu yana İsrailin hücumlarında 193 nəfərin öldüyünü açıqlayıb və hücumların başladığı 7 oktyabrdan bu yana ümumilikdə 15 min 207 nəfərin həyatını itirdiyini açıqlayıb.

 

 Nazirlik həmçinin dünən səhər saatlarında Qəzzada müvəqqəti atəşkəsin sona çatması ilə başlayan İsrail hücumlarında ölənlərin sayının 193-ə, yaralı sayının isə 652-yə yüksəldiyini açıqlayıb.

 

Digər tərəfdən, İsrail Müdafiə Qüvvələri (IDF) bu gün verdiyi açıqlamada müvəqqəti atəşkəsdən sonra Qəzzada 400 hədəfi vurduqlarını, Xan Yunus bölgəsində 50 hədəfin vurulduğunu və reaktivlərin bir məsciddəki əməliyyat mərkəzini bombaladığını bildirib.

 

Müəllif: Nigar