İran nüvə silahına sahib ola bilməz!
26 Sentyabr 2026, 17:57
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
695
02.12.2023, 16:56
İran mediası İsrailin Suriyaya hücumu nəticəsində İnqilab Keşikçiləri Ordusunun 2 əməkdaşının öldüyünü açıqlayıb.
Oxu24.com xəbər verir ki,Hücumda həyatını itirən əsgərlərin Suriyada hərbi müşavir kimi xidmət edirmiş.
İsrail bu gün səhər saatlarında Suriyanın paytaxtı Dəməşq ətrafında raket hücumu həyata keçirib. İran, bu hücumda İnqilab Keşikçiləri Korpusunun bölgədə hərbi məsləhətçi kimi xidmət etdiyi deyilən 2 üzvünün həyatını itirdiyini açıqlayıb.
Suriya milli televiziyasının xəbərinə görə, İsrail Suriyaya qarşı hücumları çərçivəsində bu gün səhər tezdən Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı hərbi məntəqələri raket hücumu ilə vurub.
Bu arada Suriya ordusu qısa açıqlama verərək bildirib ki, İsrail yerli vaxtla saat 01.35 radələrində Qolan təpələri istiqamətindən Dəməşq ətrafındakı bəzi hərbi məntəqələri hədəf alan hava hücumu həyata keçirib. Açıqlamada, hava hücumundan müdafiənin raketlərin çoxunun vurulduğu və itkilərin maddi ziyanla məhdudlaşdığı bildirilib.
İnqilab Keşikçiləri Ordusundan verilən yazılı açıqlamada, İsrailin Suriyada təşkil etdiyi hücumda Məhəmməd Əli Atayi Şurçe və Pənah Təkizadə adlı iki şəxsin öldüyü bildirilib.
Hücumda həyatını itirən İnqilab Keşikçiləri Ordusunun iki əsgərinin Suriyada “hərbi məsləhətçi” olduğu qeyd edilib.
İsrail son illərdə Suriyadakı İranla əlaqəli hədəflərə və İranın dəstəklədiyi Livan milisləri olan Hizbullaha silah daşıyan karvanlara qarşı yüzlərlə hava hücumu təşkil edib.
Müəllif:Afət
01:36 / 27 Sentyabr 2026
1
01:03 / 27 Sentyabr 2026
74
00:54 / 27 Sentyabr 2026
42
00:37 / 27 Sentyabr 2026
382
00:20 / 27 Sentyabr 2026
49
00:06 / 27 Sentyabr 2026
56
23:58 / 26 Sentyabr 2026
210
23:09 / 26 Sentyabr 2026
74
22:54 / 26 Sentyabr 2026
564
22:48 / 26 Sentyabr 2026
78
22:16 / 26 Sentyabr 2026
64
21:58 / 26 Sentyabr 2026
64
21:58 / 26 Sentyabr 2026
75
21:50 / 26 Sentyabr 2026
84
21:40 / 26 Sentyabr 2026
69
21:30 / 26 Sentyabr 2026
84
21:15 / 26 Sentyabr 2026
73
21:04 / 26 Sentyabr 2026
132
20:14 / 26 Sentyabr 2026
94
20:00 / 26 Sentyabr 2026
750
19:44 / 26 Sentyabr 2026
97
19:26 / 26 Sentyabr 2026
82
19:11 / 26 Sentyabr 2026
487
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.