Qaynar xətt:

(+99450) 247 90 86

Ev partladı: Yaralılar var

Ev partladı: Yaralılar var

DÜNYA

422

02.12.2023, 14:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şotlandiyanın Edinburq şəhərində yaşayış binasında güclü partlayış baş verib, iki nəfər xilas edilib.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə Sky News məlumat yayıb.

 

"Edinburqda evdə baş verən güclü partlayışdan sonra iki nəfər xilas edilib", - stansiyanın açıqlamasında deyilir.

 

Hadisənin Bakı vaxtı ilə saat 1:30-da baş verdiyi, evin tamamilə dağıldığı bildirilir.

Şahidlərin sözlərinə görə, partlayış o qədər güclü olub ki, "millərcə" eşidilirdi.

Dağıntılara baxmayaraq, xilasedicilər gələnə qədər iki nəfəri xilas etmək mümkün olub.

Partlayışın səbəbləri dəqiqləşdirilməyib. Əsas versiya qaz partlayışıdır.

 

Müəllif: Nigar