Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyadan Çinə gedən magistral yolda baş verən yanğında Ukraynanın əli var? CNN

Rusiyadan Çinə gedən magistral yolda baş verən yanğında Ukraynanın əli var? CNN

DÜNYA

529

01.12.2023, 15:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın şərqindəki Baykal-Amur magistralında Severomuyski tunelində yük qatarında baş verən yanğın Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) əməliyyatı nəticəsində baş verib,

 

Oxu24.com  xəbər  verir  ki,Ukrayna Müdafiə Nazirliyindəki mənbə CNN-ə bildirib.


Mənbə partlayışın SBU tərəfindən uğurlu əməliyyat olduğunu vurğulasa da, Ukrayna xidməti insidentlə bağlı rəsmi açıqlama verməyib.

 

"Dörd partlayıcı qurğu yük qatarı hərəkət edərkən işə salınıb", - CNN mənbəyə istinadən bildirib.

 

Rusiya insidenti hücum kimi tanımayıb və Ukraynaya qarşı ittiham irəli sürməyib, hadisəni “yük qatarında baş verən yanğın” kimi qeyd  edib.

 

Qeyd olunur ki, Ukrayna son aylarda Moskvanın hərbi əməliyyatlarına dəstəyi zəiflətmək məqsədi ilə Rusiya daxilində müxtəlif hədəflərə hücumlar təşkil edib.

 

Rusiya Dəmir Yolları bildiriblər ki, Buryatiyada İtikit - Okuşikan hissəsində yük qatarı tuneldən keçərkən dizel yanacağı olan çən yanıb.

 

Ukraynalı mənbə bu marşrutu “Rusiya ilə Çin arasında dəmir yolu əlaqəsində mühüm rol oynayır” adlandırıb.

 

Müəllif: Miri