Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98773
az

Məşhur siyasətçi  öldü

16:3530 Noyabr, 2023
139
  • A

ABŞ Dövlət Departamentinin keçmiş rəhbəri Henri Kissincer Konnektikutdakı evində dünyasını dəyişib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Washington Post qəzeti diplomatın konsaltinq şirkətinin bəyanatına istinadən məlumat yayıb.

 

Riçard Nikson və Cerald Ford administrasiyaları dövründə keçmiş dövlət katibi noyabrın 29-da 100 yaşında vəfat edib. Kissincerin ölüm səbəbi dəqiqləşdirilməyib.

 

Nəşr vurğulayır ki, Amerika diplomatiyasının keçmiş rəhbəri ABŞ tarixində eyni vaxtda dövlət katibi və Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri vəzifələrini tutan yeganə şəxsdir.

 

1973-cü ildə Kissincer Vyetnam müharibəsində Paris atəşkəs sazişini hazırladığına görə Nobel Sülh Mükafatına layiq görülüb.

 


Xatırladaq ki, Dövlət Departamentinin sabiq rəhbəri mayın 27-də 100 illik yubileyini qeyd edib. Diplomatın tərəfdaşlarının dediyinə görə, onun uzunömürlü olmasının sirri işgüzarlığı olub.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Rusiyaya zərbə endirilib: Ölən və xeyli yaralı var
İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman...

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı