Qaynar xətt:

(+99450) 247 90 86

Lavrov ATƏT-in iclasına getdi  -  VİDEO

Lavrov ATƏT-in iclasına getdi  -  VİDEO

DÜNYA

444

30.11.2023, 15:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Skopyedə ATƏT Nazirlər Şurasının iclasında  iştirak  edir.

 

Oxu24.com xəbər  verir   ki,görüşdən videonu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında paylaşıb.

 

 

 

Kadrlarda Sergey Lavrovun Rumıniya və San Marino nümayəndələrinin yanında masa arxasında əyləşdiyi görünür.


Xatırladaq ki, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Lavrovu ATƏT-in iclasına dəvət etmək üçün çağırış etmişdi.

 

Şimali Makedoniya Rusiya nümayəndə heyətinə hava məkanını açdığını elan edib.

Daha sonra Bolqarıstan da dəhlizin açıldığını elan etdi.

Ölkənin Xarici İşlər Nazirliyi bu qərarı ATƏT-in sammitinin əhəmiyyəti ilə izah edib, lakin sonradan Zaxarova orada olduğu üçün təyyarə ölkənin hava məkanına buraxılmayıb. Nəticədə Lavrov Yunanıstan üzərindən Skopyeyə uçub.

Zaxarova Bolqarıstanın qadağasını şərh edərək, bunu “rusofobların axmaqlığı” adlandırıb. Kreml görüşdə Lavrovun gərgin iş qrafikinin olacağını qeyd edib.

 

 

 

 

Müəllif: Miri