Rusiya yanacaq idxalını artırmağı planlaşdırır
29 Noyabr 2026, 15:24
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
367
30.11.2023, 15:20
İsrailin baş naziri Benyamin Netanyahu Fələstinin Həmas qruplaşmasını Qüdsdə baş verən terror aktında, həmçinin Qəzza zolağı və İordan çayının qərb sahilində baş verən hadisələrdə əli olmaqda ittiham edib.
Oxu24.com xəbər verir ki,bu barədə İsrailin “Yedioth Ahronoth” xəbər saytı məlumat yayıb.
“Həmas terrorçularının hər biri Qüdsdə, Qəzzada, İordan çayının qərb sahilində, hər yerdə ölüm oğludur”, - Netanyahu bildirib.
O, terrorçuların məhv edilməsində köməklik göstərən mülki şəxslərə və əsgərlərə çox minnətdar olduğunu bildirib.
Netanyahu bildirib ki, o, silah daşıyan mülki şəxslərlə bağlı qanunun genişləndirilməsi üçün səy göstərməyə davam edəcək, çünki bunun effektivliyi sübuta yetirilib.
Noyabrın 30-da səhər saatlarında iki terrorçu Qüdsün girişi yaxınlığındakı avtobus dayanacağında dayanan insanlara atəş açıb. Onlar yaxınlıqda olan iki əsgər və bir mülki şəxs tərəfindən məhv edilib.
Daha sonra onların Şərqi Qüdsdəki Sur Baherdən olan iki qardaş - 30 yaşlı İbrahim Nemer və 38 yaşlı Murad Nemer olduğu müəyyən edilib. İsrail mediasının məlumatına görə, onlar HƏMAS-la əlaqəli olublar.
Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant qısa bir atəşkəsdən sonra Qəzzada əməliyyatın ən azı iki ay davam edəcəyini bildirmişdi.
Müəllif:Afət
15:24 / 29 Noyabr 2026
1
12:43 / 29 Noyabr 2026
262
12:03 / 29 Noyabr 2026
132
12:00 / 29 Noyabr 2026
154
11:33 / 29 Noyabr 2026
150
10:55 / 29 Noyabr 2026
154
10:25 / 29 Noyabr 2026
266
10:24 / 29 Noyabr 2026
573
10:00 / 29 Noyabr 2026
334
09:58 / 29 Noyabr 2026
169
09:54 / 29 Noyabr 2026
162
09:15 / 29 Noyabr 2026
176
01:31 / 29 Noyabr 2026
264
01:22 / 29 Noyabr 2026
249
00:11 / 29 Noyabr 2026
367
23:56 / 28 Noyabr 2026
736
23:47 / 28 Noyabr 2026
294
23:36 / 28 Noyabr 2026
1067
23:13 / 28 Noyabr 2026
293
22:57 / 28 Noyabr 2026
280
22:29 / 28 Noyabr 2026
300
22:11 / 28 Noyabr 2026
293
22:01 / 28 Noyabr 2026
283
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.