İran nüvə silahına sahib ola bilməz!
26 Sentyabr 2026, 17:57
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
319
30.11.2023, 14:00
İspaniyanın Baş naziri Pedro Sançes Madridin HƏMAS-ın oktyabrın əvvəlində İsrailə hücumunu pislədiyini deyib.
Oxu24.com xəbər verir ki,O, TVE telekanalına müsahibəsində qeyd edib ki, İspaniya tərəfi yəhudi dövləti ilə yaxşı münasibətlər saxlayır, lakin onun Qəzza zolağında bəzi addımlarının qanuniliyinə şübhə edir.
“Biz İsrailə deməliyik ki, o, beynəlxalq humanitar hüquq əsasında fəaliyyətini davam etdirməlidir. Gördüklərimizi və xüsusən də uşaqların artan sayını nəzərə alsaq,bu beynəlxalq humanitar hüquqa əməl etdiyinə səmimi şübhələrim var.,- deyə ”Sançes bildirib.
O əlavə edib ki, Madrid Fələstin-İsrail münaqişəsinin müstəqil Fələstinin yaradılması yolu ilə uzunmüddətli həllinə tərəfdardır. Sançes vurğulayıb ki, bu problemi həll etmək və regionda vəziyyəti sabitləşdirmək Avropanın maraqlarına cavab verir.
Oktyabrın əvvəlində Fələstin HƏMAS qüvvələri Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan edərək, İsrailə böyük raket hücumu həyata keçirib.
Hücum çərçivəsində minlərlə yaraqlı yəhudi dövlətinin ərazisinə daxil olub, hərbi texnikanı ələ keçirib və yüzdən çox insanı əsir götürüb. Buna cavab olaraq İsrail HƏMAS-ı məhv edəcəyini vəd edərək Qəzza zolağında Dəmir Qılınclar əməliyyatına başlayıb. Yəhudi dövlətinin hərəkətləri Fələstin anklavının blokadasına, kütləvi bombardmanlara və 1 milyondan çox insanın bölgənin cənubuna köçürülməsi tələbinə səbəb olub.
Noyabrın 22-də İsrail Qəzza zolağında saxlanılan girovları azad etmək üçün HƏMAS ilə razılaşmanı təsdiqləyib. Razılaşmaya əsasən, dörd günlük atəşkəs elan ediləcək və bu müddət ərzində HƏMAS 50 qadın və uşağı azad edəcək. Bundan əlavə, Qırmızı Xaç nümayəndələrinə lazımi tibbi yardım göstərmək üçün qalan girovlara baş çəkməyə icazə veriləcək. İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdanın bildirdiyi kimi, fasilə bitdikdən sonra İsrail Fələstin anklavındakı problemləri həll etməyə davam edəcək. Tərəflərin atəşkəsi noyabrın 24-də işə başlayıb.
Bundan əvvəl Qətər İsrail və HƏMAS ilə danışıqların detallarını açıqlamışdı.
Müəllif: Nigar
01:36 / 27 Sentyabr 2026
1
01:03 / 27 Sentyabr 2026
74
00:54 / 27 Sentyabr 2026
42
00:37 / 27 Sentyabr 2026
382
00:20 / 27 Sentyabr 2026
49
00:06 / 27 Sentyabr 2026
56
23:58 / 26 Sentyabr 2026
210
23:09 / 26 Sentyabr 2026
74
22:54 / 26 Sentyabr 2026
564
22:48 / 26 Sentyabr 2026
78
22:16 / 26 Sentyabr 2026
64
21:58 / 26 Sentyabr 2026
64
21:58 / 26 Sentyabr 2026
75
21:50 / 26 Sentyabr 2026
84
21:40 / 26 Sentyabr 2026
69
21:30 / 26 Sentyabr 2026
84
21:15 / 26 Sentyabr 2026
73
21:04 / 26 Sentyabr 2026
132
20:14 / 26 Sentyabr 2026
94
20:00 / 26 Sentyabr 2026
750
19:44 / 26 Sentyabr 2026
97
19:26 / 26 Sentyabr 2026
82
19:11 / 26 Sentyabr 2026
487
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.