Xəbər verdiyimiz kimi, Türkiyə mediası azərbaycanlı model Günay Musayevanın ikinci dəfə ailə qurmağa hazırlaşdığını yazmışdı. Bunla bağlı model özü açıqlama vermişdi.
OXU24.COM xəbər verir ki, Günayın son günlər Gürcüstana tez-tez gedib-gəlməsinin, orada ev aldığını açıqlamasının səbəbi də budur. Belə ki, onun gələcək həyat yoldaşı David Bezhuaşvili gürcüdür və orada yaşayır.
Qeyd edək ki, Günay daha əvvəl türkiyəli aktyor Tolqa Karellə ailəli olub. Onların Cahangir adlı oğulları var. Günay türk mediasına açıqlamasında David adlı şəxslə ailə qurmağa hazırlaşdığını açıqlamışdı. O, daha sonra Gürcüstanda ev aldığını söyləyib.
ŞƏRHLƏR