Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ İrana qarşı yeni sanskiya tətəbiq  edib

ABŞ İrana qarşı yeni sanskiya tətəbiq  edib

DÜNYA

321

29.11.2023, 21:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ İran və Şimali Koreyaya qarşı əlavə sanksiyalar tətbiq edir.

 

Oxu24.com  xəbər   verir   ki,məhdudlaşdırıcı tədbirlərə məruz qalan şəxslərin və təşkilatların siyahısı ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunub.

 

İdarənin dərc etdiyi məlumata görə, yenilənmiş siyahıya İrandan olan vətəndaşlar və təşkilatlar terrorizmlə əlaqəsi, Şimali Koreyalılar isə kiber təhlükə səbəbindən daxil edilib.

 

Noyabrın 28-də respublikaçı senator Tom Kotton bildirib ki, ABŞ prezidenti Co Bayden Yaxın Şərqdə İrana qarşı yanlış siyasət aparır.

 

Onun sözlərinə görə, təkcə son bir ay ərzində Tehran regionda 70-ə yaxın Amerika mövqeyinə hücum edib, lakin Vaşinqtondan adekvat cavab almayıb.

 

Bir neçə həftə əvvəl KXDR Xarici İşlər Nazirliyi ABŞ dövlət katibi Entoni Blinkeni Koreya yarımadasında münaqişəni qızışdırmaqda ittiham edib.

 

Bundan əvvəl Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Mulligen-1 kəşfiyyat peykinin orbitə buraxılışından fotoları dərc edib.

 

Müəllif: Nigar