İran nüvə silahına sahib ola bilməz!
26 Sentyabr 2026, 17:57
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
396
29.11.2023, 20:57
İspaniyada 200-dən çox təşkilat 29 Noyabr Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günü münasibətilə yaydığı birgə bəyanatda İspaniya hökumətindən İsraillə silah ticarətini kəsməsini istəyib.
Oxu24.com xəbər verir ki, 200-dən çox təşkilat, o cümlədən İspaniyanın iki ən böyük həmkarlar ittifaqı CCOO və UGT, Jurnalistlər Birlikləri Federasiyası, Sülh Naminə Tədqiqatlar üzrə İspaniya Agentliyi, Ekoloqlar Fəaliyyətdə Təşkilatı, İnkişaf Təşkilatlarının İspaniya Koordinasiyası və İpoteka Qurbanları Platforması "İsrail ilə silah ticarətinə son verək" başlıqlı bir kampaniya başlatdıqlarını açıqlayıb.
Bu təşkilatların dərc etdiyi birgə bəyanatda qeyd olunub ki, hazırda İspaniya ilə Avropa arasında İsrailə silah, hərbi texnologiya və texnika ixracına nəzarəti tənzimləyən ümumi standartları müəyyən edən Avropa İttifaqı haqqında Müqavilənin bəzi maddələri pozulub.
Barselonada keçirilən mətbuat konfransında danışan Sülhün Təşviqi Kataloniya Şurasının sədri Qabriela Serra, "Biz qeyri-mümkün bir şey istəmirik. İspaniya və digər Avropa ölkələri İsrailə silah satmağı dayandırmalıdır",-deyə qeyd edib.
İspaniyanın Baş naziri Pedro Sançesin atəşkəs istəməsi və İsrailin Qəzzaya hücumlarını pisləyərkən, digər tərəfdən silah satışına icazə verməsinin "uyğunsuzluq" olduğunu ifadə edən Serra, İspaniya qanunlarına görə silah satışına qadağa qoyan hüquqi elementlərin olduğunu müdafiə edib.
İspaniyanın 2000-ci ildən bu yana İsrailə ümumi dəyəri 139 milyon avro olan silah satdığını bildirən Kataloniya Fələstin Cəmiyyətinin sözçüsü Salah Camal, "Fələstin xalqı boş sözlər istəmir. Silahların qadağan edilməsi kimi konkret addımlar gözləyirlər.",- deyə qeyd edib.
Nigar
01:36 / 27 Sentyabr 2026
1
01:03 / 27 Sentyabr 2026
74
00:54 / 27 Sentyabr 2026
42
00:37 / 27 Sentyabr 2026
382
00:20 / 27 Sentyabr 2026
49
00:06 / 27 Sentyabr 2026
56
23:58 / 26 Sentyabr 2026
210
23:09 / 26 Sentyabr 2026
74
22:54 / 26 Sentyabr 2026
564
22:48 / 26 Sentyabr 2026
78
22:16 / 26 Sentyabr 2026
64
21:58 / 26 Sentyabr 2026
64
21:58 / 26 Sentyabr 2026
75
21:50 / 26 Sentyabr 2026
84
21:40 / 26 Sentyabr 2026
69
21:30 / 26 Sentyabr 2026
84
21:15 / 26 Sentyabr 2026
73
21:04 / 26 Sentyabr 2026
132
20:14 / 26 Sentyabr 2026
94
20:00 / 26 Sentyabr 2026
750
19:44 / 26 Sentyabr 2026
97
19:26 / 26 Sentyabr 2026
82
19:11 / 26 Sentyabr 2026
487
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.