Qaynar xətt:

(+99450) 247 90 86

Casusluqda təqsirli bilinən amerikalı  Mordoviyadakı koloniyada döyülüb

Casusluqda təqsirli bilinən amerikalı  Mordoviyadakı koloniyada döyülüb

DÜNYA

380

29.11.2023, 19:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Casusluqda təqsirli bilinən amerikalı Pol Uilan cəzasını çəkdiyi Mordoviyadakı 17 saylı islah koloniyasında döyülüb.

 

Oxu24.com   xəbər  verir   ki,bu barədə Respublika Federal Penitensiar Xidmətinin mətbuat xidməti məlumat yayıb.

 

İdarədən verilən məlumata görə, hadisə  istehsalat zonasının ərazisində baş verib.

 

Uilan ilə başqa bir məhbus arasında məişət mübahisəsi yaranıb.

 

RİA Novosti-nin sitat gətirdiyi bəyanatda deyilir: "P. Uilan ilə digər məhkum arasında münaqişə yaranıb. Sonuncu əli ilə Uilan üzünün sol tərəfinə vurub".

 

Xidmətdən bildirilib  ki, koloniya əməkdaşları əlbəyaxa davanı dərhal dayandırıb və iştirakçıları müayinə üçün həkimə göndərib. Uilanın gözünün altında sıyrıq olduğu aşkarlanıb.

 

Hadisənin müşahidə kameraları tərəfindən lentə alındığı da bildirilir.

 

Hadisə ilə bağlı araşdırma aparılıb.

 

Müəllif:Afət