İran nüvə silahına sahib ola bilməz!
26 Sentyabr 2026, 17:57
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
361
28.11.2023, 14:53
Ukraynada həftəsonu soyuq hava şəraiti səbəbindən 10 nəfər ölüb, 23 nəfər xəstəxanaya yerləşdirilib.
Soyuq hava şəraiti Ukraynanın Odessa, Kiyev, Mikolayiv, Çerkassı, Kirovoqrad və Xarkov vilayətlərində həyata mənfi təsir edib.
Ukrayna Daxili İşlər Nazirliyinin açıqlamasına görə, güclü qar və tufan səbəbindən 14 magistral yol nəqliyyata bağlanıb, 16 bölgədə elektrik enerjisi kəsilib.
Qarın qalınlığının 1,5 metrə çatdığı Odessa vilayətində qapalı vəziyyətdə qalan 849 avtomobil yedəyə alınıb, 162-si uşaq olmaqla 2500-ə yaxın insan xilas edilib.
16 rayonda 2 min 19 kənddə elektrik enerjisi kəsilib
Qarın qalınlığının 2 metrə çatdığı Mikolayiv bölgəsində 10 magistral yol hərəkətə bağlanıb, ən azı 75 avtomobilə kömək göstərilib.
Çerkassı vilayətində yollarda qalmış yük maşınları müvəqqəti parklara çəkilib, axtarış-xilasetmə qrupları tərəfindən səyyar istilik məntəqələri yaradılıb.
Kirovoqrad vilayətində güclü qar nəticəsində yolda qalan 300-ə yaxın insan və 164 avtomobil xilas edilib.
Respublikanın 16 rayonunda 2019 kənddə elektrik enerjisi təchizatında fasilələr yaranıb, əlverişsiz hava şəraitindən zərər çəkmiş ərazilərdə qəza-xilasetmə məntəqələri yaradılıb.
10 nəfər ölüb, 23 nəfər xəstəxanaya yerləşdirilib
Əlverişsiz hava şəraiti ilə əlaqədar Odessa, Xarkov, Mikolayiv və Kiyev vilayətlərində ümumilikdə 10 nəfər ölüb, 2-si uşaq olmaqla 23 nəfər hipotermiya əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
Bölgələrdə əlverişsiz hava şəraitinin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam edərkən, məlum olub ki, Mikolayiv və Kirovoqrad vilayətlərində 8 yol bağlanıb, 11 rayonda 411 yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələr davam edib.
01:36 / 27 Sentyabr 2026
459
01:03 / 27 Sentyabr 2026
207
00:54 / 27 Sentyabr 2026
70
00:37 / 27 Sentyabr 2026
900
00:20 / 27 Sentyabr 2026
82
00:06 / 27 Sentyabr 2026
81
23:58 / 26 Sentyabr 2026
350
23:09 / 26 Sentyabr 2026
101
22:54 / 26 Sentyabr 2026
715
22:48 / 26 Sentyabr 2026
191
22:16 / 26 Sentyabr 2026
83
21:58 / 26 Sentyabr 2026
77
21:58 / 26 Sentyabr 2026
85
21:50 / 26 Sentyabr 2026
101
21:40 / 26 Sentyabr 2026
79
21:30 / 26 Sentyabr 2026
93
21:15 / 26 Sentyabr 2026
86
21:04 / 26 Sentyabr 2026
137
20:14 / 26 Sentyabr 2026
104
20:00 / 26 Sentyabr 2026
814
19:44 / 26 Sentyabr 2026
107
19:26 / 26 Sentyabr 2026
87
19:11 / 26 Sentyabr 2026
554
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.