Qaynar xətt:

(+99450) 247 90 86

Aİ Rusiya almazlarının idxalına qadağa qoyub

Aİ Rusiya almazlarının idxalına qadağa qoyub

DÜNYA

327

28.11.2023, 14:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avropa Komissiyası Rusiya almazlarının Aİ ölkələrinə idxalına qadağa qoyulması təklifini təsdiqləyib.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə Barron Agence France Press-ə istinadən məlumat yayıb.

 

Agentliyin məlumatına görə, müvafiq təklif Aİ-nin yeni anti-Rusiya sanksiyalar paketinə daxildir.

 

O, həmçinin 120-dən çox şəxs üçün fərdi məhdudlaşdırıcı tədbirlərin genişləndirilməsini, ixrac sanksiyalarını və Rusiya neftinin qiymətlərinin məhdudlaşdırılması tədbirlərini nəzərdə tutur.

 

Rusiya almazlarının, eləcə də Rusiyadan ixrac edilən brilyantların ticarətinə qoyulan qadağa Aİ-yə üzv olan 27 ölkənin hamısı tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

AFP-nin məlumatına görə, bu, yaxın günlərdə baş verə bilər.

Qeyd olunur ki, üçüncü ölkələrdə emal edilən brilyantlara məhdudiyyətlər 2024-cü ilin sentyabrına qədər mərhələli şəkildə tətbiq ediləcək.

Bundan əvvəl Qərb Aİ-nin sanksiyalarının Rusiya Federasiyasına qarşı təsirsiz olduğunu etiraf edirdi.

Bundan əvvəl ABŞ Rusiyanın neft gəlirlərini məhdudlaşdırmaq üçün hər şeyi etdiyini bəyan etmişdi.

 

Müəllif:Nigar