İran nüvə silahına sahib ola bilməz!
26 Sentyabr 2026, 17:57
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
387
27.11.2023, 22:04
Birləşmiş Millətlər Təşkilatı (BMT) Şimali Koreyanı nüvə silahı və ballistik raket proqramlarını davam etdirməkdən çəkinməyə çağırıb.
Oxu24.com xəbər verir ki,BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə müavini Xalid Xiari Şimali Koreyanın nüvə silahı istehsalını sürətləndirməyi vəd edən konstitusiya dəyişikliyini tənqid edib.
Şimali Koreyanın nüvə silahlandırma siyasətini ölkə konstitusiyasında daha da aydınlaşdırdığını ifadə edən Xiari, “Şimali Koreyanı bir daha bu cür hərəkətlərdən çəkinməyə çağırırıq”,-deyə qeyd edib.
"Şimali Koreya BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq nüvə silahları və ballistik raket proqramlarını davam etdirmək niyyətini davamlı olaraq nümayiş etdirir", - Xiari deyib.
Bu gün Şimali Koreya nüvə silahının artırılması ilə bağlı konstitusiya dəyişikliyini qəbul edib.
Şimali Koreyanın casus peykləri buraxmaq cəhdləri
Şimali Koreya mayın 31-də hərbi casus peyki buraxmağa cəhd etsə də, raket daşıyıcı sistemindəki nasazlıq səbəbindən cəhd uğursuz oldu. Pxenyan administrasiyası bu cəhdi ilin birinci yarısında “ən ciddi səhv” kimi qiymətləndirib.
Şimali Koreya beynəlxalq qınaqlara baxmayaraq, peykin qısa müddətdə yenidən “düzgün” buraxılacağını açıqlayıb.
Pxenyan administrasiyası avqustun 23-də ikinci casus peyk buraxmağa cəhd etdi, lakin bunun da uğursuz olduğunu açıqladı. Bu uğursuz cəhddən sonra Şimali Koreya oktyabrda yenidən cəhd edəcəyini açıqlayıb.
Şimali Koreya noyabrın 21-də üçüncü dəfə cənuba doğru casus peyki daşıyan raket buraxıb.
Bunun ardınca Cənubi Koreya noyabrın 22-də Şimali Koreya ilə 2018-ci ildə imzaladığı və bölgədə hərbi gərginliyi azaltmaq məqsədi daşıyan müqavilənin bəzi müddəalarını dayandırdığını açıqlayıb.
Şimali Koreya noyabrın 23-də müqaviləni ləğv etdiyini açıqlayıb.
G7 ölkələrinin xarici işlər nazirləri Şimali Koreyanın noyabrın 22-də orbitə casus peyki daşıyan raket buraxmasını kəskin şəkildə pisləyib.
BMT Təhlükəsizlik Şurası 2006-cı ildən Şimali Koreyanın nüvə proqramına görə ona qarşı iqtisadi və hərbi sanksiyalar tətbiq edir.
Müəllif: Miri
01:36 / 27 Sentyabr 2026
459
01:03 / 27 Sentyabr 2026
207
00:54 / 27 Sentyabr 2026
70
00:37 / 27 Sentyabr 2026
900
00:20 / 27 Sentyabr 2026
82
00:06 / 27 Sentyabr 2026
81
23:58 / 26 Sentyabr 2026
350
23:09 / 26 Sentyabr 2026
101
22:54 / 26 Sentyabr 2026
715
22:48 / 26 Sentyabr 2026
191
22:16 / 26 Sentyabr 2026
83
21:58 / 26 Sentyabr 2026
77
21:58 / 26 Sentyabr 2026
85
21:50 / 26 Sentyabr 2026
101
21:40 / 26 Sentyabr 2026
79
21:30 / 26 Sentyabr 2026
93
21:15 / 26 Sentyabr 2026
86
21:04 / 26 Sentyabr 2026
137
20:14 / 26 Sentyabr 2026
104
20:00 / 26 Sentyabr 2026
814
19:44 / 26 Sentyabr 2026
107
19:26 / 26 Sentyabr 2026
87
19:11 / 26 Sentyabr 2026
554
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.