Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna ordusu Tula şəhərinə zərbə endirib  -  VİDEO

Ukrayna ordusu Tula şəhərinə zərbə endirib  -  VİDEO

DÜNYA

556

26.11.2023, 10:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın  Tula şəhərində  Xvorostuxina küçəsində hündürmərtəbəli binaya hücumun yeni görüntüləri yayılıb.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə Baza Telegram kanalı görüntü  yayıb.

 

Binanın 3 sakininin şüşə qırıqları nəticəsində xəsarət aldığı bildirilir.

 

Bundan əvvəl Tula şəhərində çoxmərtəbəli yaşayış binasının üzərinə düşən pilotsuz uçuş aparatının (PUA) partlama anını Shot Telegram kanalı yayıb.

 

Yayılan  videoda  ərazidə güclü partlayış səsi eşidilir. Elə növbəti an, vurulan pilotsuz təyyarənin parçaları binalardan birinin üzərinə düşməyə başlayır, evin yanında dayanmış avtomobillərin siqnalları işə düşür.

 

Materialda qeyd olunur ki, hazırda pilotsuz təyyarənin qəzaya uğradığı yerdə əməliyyat və fövqəladə hallar xidmətinin əməkdaşları işləyir. Onlar hadisənin nəticələrini aradan qaldırırlar.

 

Noyabrın 26-da Moskva meri Sergey Sobyanin Ramenskoye səmasında pilotsuz təyyarənin vurulması barədə məlumat verib.

 

Bundan əvvəl Zelenskinin ofisi Rusiyanı partlayışlara görə qisas alacağı ilə hədələyib.

 

 

Müəlif: Miri Məcidli