Qaynar xətt:

(+99450) 247 90 86

İsrail Cenindəki qaçqın düşərgəsindəki terrorçuların məhv edildiyini açıqlayıb

İsrail Cenindəki qaçqın düşərgəsindəki terrorçuların məhv edildiyini açıqlayıb

DÜNYA

320

26.11.2023, 10:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrail təhlükəsizlik xidməti İordan çayının qərb sahilindəki Cenin şəhərindəki qaçqın düşərgəsi ərazisində iki terrorçunun məhv edildiyini açıqlayıb.

 

Oxu24.com xəbər  verir  ki,“Yedioth Ahronoth” qəzetinə yüksək səviyyəli xidmət rəsmisi bildirib.

 

 “Şənbə günü İsrail ordusunun Cenin şəhərində keçirdiyi əməliyyat zamanı azı iki terrorçu öldürülüb, daha bir neçəsi yaralanıb”,-deyə məlumatda  qeyd  edilib.

 

Qəzetin mənbəsinin sözlərinə görə, İsrail qaçqın düşərgəsindəki “silahlı terror qruplaşması”nı zərərsizləşdirmək məqsədi ilə bölgədə uzun illərdir görünməyən əməliyyatlar həyata keçirir.

 

İsrail ordusu noyabrın 25-də Cenində reyd keçirib. Çoxlu sayda ordu hissələri bir neçə istiqamətdən şəhərə daxil olub. Onlar İbn Sina dövlət xəstəxanasını, eləcə də Qızıl Aypara Cəmiyyətinin qərargahını mühasirəyə alıblar. Binaların damlarını snayperlər zəbt edib. Bir ölü və üç yaralı olduğu bildirilir.

 

Bundan əvvəl məlum olmuşdu ki, ABŞ İordan çayının qərb sahilində fələstinlilərə zülm etdiklərinə görə israillilərə qarşı sanksiyalar tətbiq edə bilər.

 

Müəllif:Nigar