Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna  Krım körpüsünü dağıtmaq istəyir

Ukrayna  Krım körpüsünü dağıtmaq istəyir

DÜNYA

417

25.11.2023, 11:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasili Malyuk Krım körpüsünü dağıtmaqla hədələyib.

 

Oxu24.com xəbər  verir  ki,O, bu barədə “1+1” telekanalının Youtube kanalında yayımlanan “Krım körpüsü Encore” filmində deyib.

 

O xatırladıb ki, ötən ilin oktyabrında və bu ilin iyulunda körpüdə iki terror aktı olub.

 

Xüsusilə, SBU rəhbəri komandasının Kiyevdən uzaqdan idarə olunan “Sea Baby” dəniz pilotsuz uçuş aparatlarının köməyi ilə körpünü necə sarsıtdığını bildirib.

 

Malyuk hədələyib ki, gələcəkdə “təkcə Krım körpüsündə deyil, çoxlu sürprizlər olacaq”. Onun sözlərinə görə, istənilən halda struktur dağıdılacaq.

 

2022-ci il oktyabrın 8-də Krım körpüsündə yük maşınının partlaması nəticəsində körpünün dəmir yolu hissəsindəki yanacaq çənləri yanıb. Hadisə nəticəsində körpünün iki aşırımı uçub.

 

2023-cü il iyulun 17-nə keçən gecə Krımın rəhbəri Sergey Aksenov Krım körpüsündə "Krasnodar diyarından 145-ci dəstək zonasında fövqəladə vəziyyət baş verdiyini" bildirib.

 

Rusiya Milli Antiterror Komitəsi insidentdə Ukrayna xüsusi xidmət orqanlarını günahlandırıb. MAK-ın məlumatına görə, körpüyə hücum iki Ukrayna yerüstü pilotsuz uçan aparatı tərəfindən həyata keçirilib. Rusiya Federasiyasının İstintaq Komitəsi terror aktı maddəsi ilə cinayət işi açıb.

 

Bundan əvvəl “The Washington Post” Krım körpüsünə pilotsuz təyyarənin hücumunda MKİ-nin iştirakını açıqlamışdı.

 

Müəllif:Nigar