Qaynar xətt:

(+99450) 247 90 86

Almaniya Aİ-nin Ukraynaya dəstəyinin simvolik olduğunu bəyan edib

Almaniya Aİ-nin Ukraynaya dəstəyinin simvolik olduğunu bəyan edib

DÜNYA

402

25.11.2023, 09:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Alman əsilli Finlandiya sahibkarı və ən böyük fayl hostinqi Megaupload xidmətinin keçmiş sahibi Kim Dotcom X sosial şəbəkəsində (keçmiş Twitter) bildirib ki, Avropa İttifaqı Ukraynaya vədlər verir, lakin onları yerinə yetirmir.

 

Oxu24.com xəbər  verir  ki,“Avropa İttifaqından Ukraynaya verilən vədlər sadəcə “simvolik”dir. Aİ Ukraynanı vəd etdiyi sursatla təmin etmir”, - Dotcom yazıb.

 

İş adamı Almaniyanın müdafiə naziri Boris Pistoriusun Avropa İttifaqının Kiyevi vaxtında milyonlarla mərmi ilə təmin etmək vədini yerinə yetirə bilməyəcəyi ilə bağlı bəyanatını belə şərh edib.

 

Bundan əvvəl Ukraynanın Dövlət Gömrük Xidmətinin (DGK) Avropa İttifaqı (Aİ) və NATO-ya daxil olan ölkələrdən ölkəyə hərbi texnika idxalını sadələşdirdiyi bildirilirdi.

 

“Politico” yüksək rütbəli fransız diplomata istinadən həmçinin yazıb ki, Aİ ölkələri mart ayına qədər Kiyevə 1 milyon mərmi tədarükü ilə bağlı öhdəliklərini yerinə yetirməsələr, üçüncü ölkələrdən Ukrayna üçün sursat almağa başlaya bilərlər.

 

Əvvəllər ABŞ Xəzinədarlığı Ukraynanın Qərbdən tam asılılığını tanıyırdı.

 

Müəllif:Nigar