Qaynar xətt:

(+99450) 247 90 86

 Puşkinin nadir nəşrləri oğurlanıb

 Puşkinin nadir nəşrləri oğurlanıb

DÜNYA

350

24.11.2023, 23:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Novosti-Georgia” Fransa mətbuatına istinadən xəbər verir ki, Parisdə Aleksandr Puşkinin nadir nəşrlərini oğurlamaqda günahlandırılan üç Gürcüstan vətəndaşı saxlanılıb.

 

Oxu24.com-un  məlumata görə, 24, 26 və 44 yaşlı bir kişi və iki qadın saxlanılıb.

 

Onlar Parisin Nanter ətrafında yerləşən İncəsənət Əsərlərinin Qeyri-qanuni Ticarəti ilə Mübarizə Mərkəzi Bürosuna (OCBC) aparılıblar.


İstintaq həbs olunanların incəsənət əsərləri və biblioqrafik nadirliklərin oğurluğu üzrə ixtisaslaşmış beynəlxalq cinayətkar qrupun üzvləri olduğunu ehtimal edir.

 

Fransada ilk oğurluq, müstəntiqlərin fikrincə, iyul ayında Lion kitabxanasında bir qrup tərəfindən törədilib, əsli surəti ilə əvəz edilib.

 

Oktyabr ayında iki nəfər Milli Dillər və Sivilizasiyalar İnstitutuna soxulub, bir neçə kitab və əlyazmaları oğurlayıb, onları gözləyən ortağı ilə birlikdə avtomobilə minib qaçıblar.

 

Bundan əlavə, Vilnüs Universitetinin kitabxanasından Litvada Puşkinin əlyazmalarının, eləcə də Qoqol və Lermontovun nadir nəşrlərinin oğurlanması məlumdur. Noyabrın əvvəlində şübhəli bilinən 38 yaşlı kişi Belçikada saxlanılıb. Onun Fransadakı cinayət ortaqları ilə əlaqəsi olduğu iddia edilir.

 

Müəllif:Afət