Qaynar xətt:

(+99450) 247 90 86

Ankarada  axtarışda olan 727 nəfər tutulub

Ankarada  axtarışda olan 727 nəfər tutulub

DÜNYA

385

24.11.2023, 21:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ankara Qubernatorluğu polis və jandarma əməliyyatları zamanı müxtəlif cinayətlərə görə axtarışda olan 727 nəfərin tutulduğunu açıqlayıb.

 

Oxu24.com xəbər  verir  ki,Qubernatorluqdan edilən şərhə görə, 16-23 Noyabr tarixləri arasında axtarılan şübhəlilərin tutulması üçün polis və jandarma qrupları tərəfindən əhatəli iş başladılıb.

 

İş zamanı 727 nəfər, o cümlədən 10 il və daha çox müddətə azadlıqdan məhrum edilən 13 nəfər, 30 nəfər 5 ildən 10 ilədək, 228 nəfər isə 5 ilədək müddətə azadlıqdan məhrum edilib.

 

Müəllif: Nigar