Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada ağır qəzada 4 nəfər ölüb

Rusiyada ağır qəzada 4 nəfər ölüb

DÜNYA

388

23.11.2023, 22:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyada ağır qəza baş verib.

 

Kareliyada magistral yolda baş verən qəza nəticəsində 4 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

 

Oxu24.com xəbər  verir  ki,Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidmətinin Telegram kanalında verdiyi məlumata görə, Seqeja şəhərindən 40 kilometr aralıda Kola şossesində qoşqulu yük maşını və iki mikroavtobusun iştirakı ilə qəza baş verib.

 

İki yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

 

Hüquq-mühafizə orqanları qəza ilə bağlı araşdırma aparır.

 

Noyabrın 23-də Sverdlovsk vilayətində magistral yolda da böyük qəza qeydə alınıb.

 

Qəza nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.
​

 

Müəllif:Nigar