Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98155
az

İsrail iki istiqamətdə hücuma keçib

21:5018 Noyabr, 2023
156
  • A

İsrail ordusu hərbi əməliyyatın yeni mərhələsinə başlayıb və Qəzzaya birdən iki istiqamətdə hücum edir: cənubdan - Zeytun bölgəsində və şimaldan - Cəbəliyyə bölgəsində.

 

Oxu24.com xəbər  verir  ki,Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) öz Telegram kanalında məlumat yayıb.

 

Cənubdakı hücuma 36-cı diviziya, şimalda 162-ci diviziya rəhbərlik edir.


Mətbuat xidməti bildirib ki, HƏMAS-ın Şimali Qəzza briqadasının komanda mərkəzi məhz Cəbəliyyədə yerləşir və “terrorçuların ən əhəmiyyətli qalalarından biridir”.

 

İDF-nin döyüş əməliyyatlarında Hərbi Hava Qüvvələrinin köməyi ilə mühəndis qoşunları, piyada və zirehli birləşmələr iştirak edir.

 

“Toqquşmalar zamanı çoxlu terrorçu öldürülüb, qoşunlar terror təşkilatının çoxlu sayda infrastruktur obyektlərinə, o cümlədən yeraltı infrastruktura və terror təşkilatının mühüm obyektlərinə hücum edib”, - deyə mətbuat xidməti bildirib.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fransızlar bu qərarı dəstəkləyir
Ermənistan  TikTok-u qadağan edə bilər
Tokayev naziri vəzifəsindən AZAD ETDİ